Bakı. Trend:
Tezliklə İran və Azərbaycan arasında preferensial ticarət üzrə saziş imzalanacaq.
Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və Ticarət İnkişafı Təşkilatının sədri Əlirza Peymanpak mətbuat konfransında Trend-in sualına cavabında deyib.
Onun sözlərinə görə, hazırda iki tərəf arasında bu saziş üzrə müzakirələr davam etdirilir.
Ə.Peymanpak əlavə edib ki, tərəflər saziş üzrə ticarətdə yer alacaq məhsulların siyahısı haqda razılaşma əldə edib.
Qeyd edək ki, İran və Azərbaycan arasında preferensial ticarət sazişi üzrə şərtlərlə 52 məhsulun həm İran, həm də Azərbaycan tərəfindən idxal-ixracının asanlaşdırılması nəzərdə tutulub.