...

Xudafərin və Qız Qalası Hidroqovşaqları və SES-lərinin tikilməsi tezliklə başa çatdırılacaq – Səfir

İqtisadiyyat Materials 24 Aprel 2022 21:59 (UTC +04:00)

Bakı. Trend:

İnanıram ki, tezliklə Xudafərin və Qız Qalası hidroqovşaqları və SES tikilməsi başa çatdırılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə jurnalistlərə açıqlamasında deyib.

Ə.Əlizadənin sözlərinə görə, bu layihə çərçivəsində işlər davam etdirilir.

Əlizadə əlavə edib ki, bu yaxınlarda işçi qruplarının iclası oldu. Eyni zamanda nazir müavinləri səviyyəsində daim təmaslar həyata keçirilir.

“Burada işlərin demək olar ki, 95%-i başa çatdırılıb. Qalan bir sıra işlərin həyata keçirilərək tam istifadəyə verilməsi yaxın gələcəkdə nəzərdə tutulur”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti