...

"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Avropanın diversifikasiya üzrə məqsədlərinə çatmağa töhfə verə bilər - CSIS

İqtisadiyyat Materials 25 Aprel 2022 08:13 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi"nin genişləndirilməsi Avropanın diversifikasiya üzrə məqsədlərinə çatmağa töhfə verə bilər - CSIS
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

"Cənub Qaz Dəhlizi" vasitəsilə əlavə qaz tədarükü Avropanın diversifikasiya üzrə səylərinə mühüm töhfə verə bilər.

Bunu Trend-ə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitiki Nikos Tsafos deyib.

"Cənub Qaz Dəhlizi" artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və əlavə həcmlər Avropanın diversifikasiya səylərinə mühüm töhfə verə bilər. Lakin əlavə qazın nə qədər və hansı müddət ərzində verilə biləcəyi bəlli deyil. Bizə burada daha çox aydınlıq lazımdır", - deyə N.Tsafos bildirib.

Analitik qeyd edib ki, Rusiya qazına qarşı sanksiyaların tətbiq edilməsi üçün təzyiqlər artır, lakin Aİ ölkələri arasında bu məsələ üzrə razılaşma hələ də yoxdur.

"Ola bilsin ki, Rusiyadan idxalın tam dayandırılması yox, azaldılması üçün müəyyən tədbirlər görülsün. Rusiya qazının itirilməsinin Avropa üçün böyük nəticələri olacaq. Qısa müddətli perspektivdə mayeləşdirilmiş təbii qaz (LNG) itirilmiş həcmlərin yalnız bir hissəsini əvəz edə bilər. Avropa Rusiya qazının tədarükünün tamamilə dayandırılmasının öhdəsindən gəlmək üçün normalaşdırma ilə məşğul olmalı olacaq", - deyə N.Tsafos bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti