...

Azərbaycanda mehmanxanaların gəlirləri 75 faiz artıb

İqtisadiyyat Materials 27 Aprel 2022 10:26 (UTC +04:00)
Azərbaycanda mehmanxanaların gəlirləri 75 faiz artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxanaların gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz artaraq 59,7 milyon manat olub.

Trend-in məlumatına görə, gəlirlərin 54,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 30,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2022-ci ilin yanvar-mart aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə 10,9 faiz səviyyəsində olub (2021-ci ilin yanvar-mart aylarında 7,8 faiz). Bu göstərici Şabranda 85,5 faiz, Qubada 29,6 faiz, Beyləqanda 28,0 faiz, Qusarda 27,2 faiz, Naftalanda 26,4 faiz, Ağcabədidə 20,5 faiz, Göyçayda 17,7 faiz, Sabirabadda 17,7 faiz, Qəbələdə 15,3 faiz, Bakıda 14,0 faiz, Lənkəranda 13,9 faiz, Bərdədə 11,9 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti