...

Azərbaycan və İranın ticarət əlaqələrini artırmaq üçün kifayət qədər potensialı var - Səfir

İqtisadiyyat Materials 27 Aprel 2022 11:13 (UTC +04:00)
Azərbaycan və İranın ticarət əlaqələrini artırmaq üçün kifayət qədər potensialı var - Səfir

Bakı. Elnur Bağışov - Trend:

Azərbaycan və İranın ticarət və iqtisadi əlaqələri artırmaq üçün kifayət qədər potensialları var.

Trend-in məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın Ərdəbil vilayətinin valisi Hamid Ameli ilə görüşdə deyib.

Ə.Əlizadənin sözlərinə görə, İran iş adamlarının Azərbaycanda, Azərbaycan iş adamlarının İranda qarşılıqlı ticarət əlaqələri mövcuddur: "İş adamlarının iştirakı ilə iki ölkədə investisiya yatırımlarını artırmaq lazımdır. İki ölkə arasında əlaqələr sərhədlərdən keçidlərin sadələşməsi ilə daha da artacaq. Koronavirus pandemiyası dövründə digər ölkələrlə sərhədlərin bağlı olmasına baxmayaraq, Azərbaycanın İranla sərhədləri ticarət mübadilələri üçün açıq saxlanılıb. Yaxın gələcəkdə quru sərhədlər də vətəndaşlar üçün açılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti