Bakı. Trend:
1 may 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.
Azərbaycan Dövlət Neft Fondundan Trend-ə bildirilib ki, AÇG yatağından 01.01.2022 - 01.05.2022 tarixində 2 898 mln. ABŞ dolları gəlir əldə olunub.
Şahdəniz yatağından isə (qaz və kondensat) 01.01.2022 -
01.05.2022 tarixində
405,475 mln. ABŞ dolları məbləğində gəlir gəlib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə
olunan
gəlirlər 01.01.2022 - 01.05.2022 tarixinə görə 96,995 mln. ABŞ
dolları təkil edib.