...

Belarus və Azərbaycan 70 milyon dollarlıq müqavilələr imzalayıb

İqtisadiyyat Materials 19 May 2022 15:28 (UTC +04:00)
Belarus və Azərbaycan 70 milyon dollarlıq müqavilələr imzalayıb

Bakı. Trend:

Belarusun baş naziri Roman Qolovçenkonun Azərbaycana işgüzar səfəri çərçivəsində iki ölkə arasında 70 milyon dollardan çox məbləğdə müqavilələr və sənədlər imzalanıb.

Trend bu barədə Belarus mətbuatına istinadən məlumat verir.

Qeyd olunur ki, Bakıda keçirilən beynəlxalq sərginin ilk günündə 55 milyon dollardan çox məbləğdə müqavilələr imzalanıb.

Bundan başqa, Gəncə Avtomobil Zavoduna səfər zamanı MAZ və QAZ şirkətləri arasında 950 traktorun tədarükü ilə bağlı 15,5 milyon dollarlıq müqavilə imzalanıb.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti