...

"Teknofest" festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

İqtisadiyyat Materials 24 May 2022 10:37 (UTC +04:00)
"Teknofest" festivalına hazırlıq çərçivəsində təyyarə və vertolyotların sınaq uçuşları keçirilir

Bakı. Trend:

26 – 29 mayda Bakıda "Teknofest" Aerokosmik və Texnologiya Festivalı keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, festivala hazırlıq çərçivəsində Dənizkənarı bulvar ərazisində təyyarələrin və vertolyotların sınaq uçuşları həyata keçirilir.

Sözügedən uçuşlar festival ərəfəsində və günlərində də davam edəcək.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti