...

Astaraçay üzərindəki yeni körpü ilə yükdaşıma artacaq - İranlı nazir müavini

İqtisadiyyat Materials 30 May 2022 12:56 (UTC +04:00)
Astaraçay üzərindəki yeni körpü ilə yükdaşıma artacaq - İranlı nazir müavini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran arasında Astaraçay üzərində tikilməkdə olan yeni körpü vasitəsi ilə İrana məxsus gündəlik 800 ədəd yük maşını Qafqaz, Rusiya və Avropa istiqamətində hərəkət edəcək.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri bu gün (30 may) Tehranda “İran və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı” Beynəlxalq Konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.

M.Səfərinin sözlərinə görə, bu vasitə ilə də Qara dəniz – Fars körfəzi dəhlizi aktivləşəcək. Bu dəhlizin illik potensialı təxminən 500 milyon tondur. İlk mərhələdə bu dəhlizlə ildə 20 milyon ton yük daşına bilər.

Qeyd edək ki, Azərbaycan və İran arasında yeni körpünün təməli bu il yanvarın 25-də qoyulub.

Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti