...

Azərbaycanda əczaçılıq məhsullarının satışı mayda artıb

İqtisadiyyat Materials 10 İyun 2022 14:05 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 445,3 mln. manat xərclənib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib

Hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 25,8% və ya 91,4 mln. manat çoxdur.

Bu ilin aprel göstəricisi ilə müqayisədə may satışlarının həcmi 37,6% və ya 28,6 mln. manat artaraq 104,6 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,5%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub ki, bu da ötən ilin eyni göstəricisindən 0,2 faiz bəndi çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti