...

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artıb

İqtisadiyyat Materials 13 İyun 2022 17:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 815 milyon 822,4 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz və ya 285 milyon 131,9 min manat artıb, daxilolmalar üzrə proqnoz 157 milyon 656,6 min manat artıq icra edilib.

Dövlət Vergi Xidmətindən Trend-ə verilən məlumata görə, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz artaraq 1 milyard 155 milyon 568,6 min manat təşkil edib, proqnoz 119,7 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq 62 milyon 641,7 min manat olub, proqnoz 115,1 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 20,5 faiz artaraq 46,2 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 125,6 faiz icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti