Bakı. Trend:
May ayından etibarən ölkə üzrə əmək müqavilələri birbaşa elektron imza ilə təmin edilir ki, bu da əmək münasibətlərini daha da təkmilləşdirməyə, kağız daşıyıcıların elektronlaşdırılmasına imkan verir.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, cari ilin ikinci yarısından kağız üzərində əmək müqavilələrinin tamamilə ləğvi və ilin sonuna qədər əmək müqavilələrinin elektron sistemdə tətbiqi nəzərdə tutulur:
"Bununla biz elektron əmək münasibətlərinə keçidi təmin etmiş olacağıq".