...

Rusiyanın iki aviaşirkəti Azərbaycana uçuşlar üçün icazə alıb

İqtisadiyyat Materials 20 İyun 2022 15:48 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi iki aviaşirkətə Azərbaycanın şəhərlərinə uçuş icazəsi verib.

Trend-in məlumatına görə, "Azimut" aviaşirkəti Moskvadan Lənkəran və Qəbələyə, Mineralnıye Vodı şəhərindən Gəncəyə uçuşlar yerinə yetirməyi planlaşdırır.

Rusiyanın digər aviaşirkəti "İrAero" isə Novosibirsk, Yekaterinburq və Kazandan Bakıya uçuşlar üçün icazə alıb.

Qeyd edək ki, hazırda "Azimut" Mineralnıye Vodı və Soçi şəhərlərindən Bakıya uçuşlar yerinə yetirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti