...

Bakı Ayaqqabı Fabrikinin özəlləşdirilməsinə onlarla ölkədən investorlar dəvət olunub

İqtisadiyyat Materials 30 İyun 2022 13:28 (UTC +04:00)
Bakı Ayaqqabı Fabrikinin özəlləşdirilməsinə onlarla ölkədən investorlar dəvət olunub
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Ayaqqabı Fabrikinin özəlləşdirilməsində iştirak etmək üçün 30-dan çox ölkədən investorlar dəvət olunub.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elmar Yaqubov fabrikə mediatur zamanı deyib.

"Hesab edirik ki, bu müəssisənin özəl mülkiyyətə verilməsi sektorda rəqabəti artıracaq. Fabrikin nizamnamə kapitalı 7,852 milyon manat həcmində müəyyən edilib. Şirkətin səhmlərinin sayı hərəsi iki manat olmaqla 3,926 milyondur", - deyə o bildirib.

E.Yaqubov əlavə edib ki, özəlləşdirmə prosesinə potensial investorların cəlb olunması üçün 30 xarici şirkətə rəsmi məktublar göndərilib.

"Onların sırasına Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, Portuqaliya, Finlandiya və bir sıra digər ölkələrdən investorlar daxildir", - E.Yaqubov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti