Müasir dünyada pulqabımızı və şəxsiyyət vəsiqəmizi unudaraq evdən çıxa bilərik. Bununla belə, smartfon həmişə cibinizdə olacaq! Məhz buna görə də Azərbaycanda internet bankçılıq inkişaf etməkdə davam edir və bazardamobil bankçılığı öz ixtisasına çevirən yeni oyunçular peyda olur. Leobank bunlardan biridir.
İnternet bank adi bankdan nə ilə fərqlənir?
Hər şey ilə və eyni zamanda heç nə ilə fərqlənmir. Biz artıq mobil bank tətbiqlərindən istifadə etməyə öyrəşmişik və onları qeyri-adi bir şey hesab etmirik. Beləliklə, Leobank bütün platformalarda mövcud olan və bir tətbiqin içərisində tam olaraq cəmlənmiş bir bankdır.
Hər şey qeydiyyatdan və hesabın açılmasından başlayır. Bunun üçün harasa getmək və növbələrdə gözləmək lazımdır? Əlbəttə ki, xeyr. Onlayn bankda qeydiyyat da onlayn şəkildə aparılır. Mobil tətbiqi yükləyirik, sadə və aydın formaları doldururuq. Narahat olmayın, sənədləri skan etmək üçün sizə yaxınlıqda skaner axtarmağa ehtiyac yoxdur – doğum tarixinizi və telefon nömrənizi daxil etdikdə məlumatlar avtomatik olaraq sistemdən yüklənəcək.
Növbəti addım – bank kartını əldə etməkdir. Yenidən sual yaranır: onu almaq üçün növbəyə durmaq lazımdır? Xeyr! Bu hal üçün Leo-da bank əməkdaşı tərəfindən çatdırılma nəzərdə tutulub. İstifadəçi kart əldə etmək üçün sadəcə uyğun olan ünvanı və vaxtı qeyd edir. Evinizə, ofisinizə və ya nahar etdiyiniz sevimli kafenizə əməkdaş kartı çatdırıb şəxsən sizə təqdim edəcək. Əgər bu sizə narahatdırsa, o zaman kartı ən yaxın “Unibank” filialından götürə bilərsiniz.
Təbrik edirik, kartı aldıqdan sonra Leo-nun bütün üstünlükləri və rahat xüsusiyyətləri artıq cibinizdə olacaq.
Bank, əvvəllər təqdim edilməyən hansı rahatlığı təklif edə bilər?
Yenə də: bütün artıq tanış imkanlar, funksiyalar və xidmətlər dəyişməz qalır, lakin daha da rahat şəkildə təqdim olunur.
Məsələn, siz haçansa hər-hansı bir bankın dəstək xidməti ilə əlaqə saxlamağa cəhd etmisiniz? Qaynar xəttə avtomatik səs sizin növbədə 15-ci olduğunuzu söyləyir, sizi sakitləşdirmək üçün bezdirici musiqi səslənir və ən sonda yalnız sorğunuzu qeydə ala biləcək məsləhətçi cavab verir. Bunlar hamısı keçmişdə qaldı.
Müraciət etmək, yaxınlıqda olan bankomatın yerini öyrənmək və ya nəyisə dəqiqləşdirmək üçün siz Leobank təmsilçiləri ilə qeyd olunan üsullar ilə əlaqə saxlaya bilərsiniz:
- Telegram
- Messenger
Sizə uyğun olan istənilən üsul ilə 24/7 istənilən vaxt suallarınıza cavab ala bilərsiniz. Qaynar xətt həmçinin aktivdir, lakin yazmaq mümkündürsə zəng etməmək də olar!
Həmçinin onlayn bank kredit limitindən istifadə imkanı təqdim edir. Şərtlər maksimum dərəcədə sadə və aydındır: müştəriyə 10 000 ₼ qədər kredit məbləği təqdim oluna bilər. Əgər siz bu vəsaiti istifadə etsəniz, o zaman sizə güzəşt müddəti təqdim olunur(62 günədək). Bu o deməkdir ki, krediti ödəmək üçün iki ay vaxtınız var – o vaxta kimi isə heç bir faiz hesablanmayacaq.
İnternet bankçılıq köçürmələr baxımından bəzi üstünlüklər təqdim edi. Məsələn, Leobank müştəriləri arasında köçürmə xidmətlərinə görə komissiya tutulmur. Alıcı telefon kitabçanızda varsa, onun kartının nömrəsini öyrənməyə ehtiyac yoxdur - hesab mobil nömrəsinə xüsusi olaraq bağlıdır və məlumatlar nömrə vasitəsilə əldə olunur. Sadə və rahat. Gördüyünüz kimi, Leobank-ın əsas fərqi – müştərilərə göstərdiyi maksimum qayğıdır. Bunun üçün hər şey edilir: qeydiyyat üsulundan başlayaraq, bank kartlarının xidmət şərtlərinə qədər. Dəbli qara kart üçün cüzdanınızda, rahat tətbiq üçün isə smartfonunuzda öncədən boş yer hazırlamağı məsləhət görürük!