...

Azərbaycan nefti ucuzlaşır

İqtisadiyyat Materials 7 İyul 2022 10:28 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 114,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,11 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 113,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 109,95 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,2 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti