Bakı. Trend:
Bu gün energetika naziri Pərviz Şahbazov Yunanıstana səfərə yola düşüb. Nazir 8 iyul tarixində Komotini şəhərində Yunanıstan-Bolqarıstan Interkonnektorunun (IGB) açılış mərasimində iştirak edəcək.
Bu barədə Energetika Nazirliyindən Trend-ə bildirilib.
Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq.