...

Bakı limanından dünya brendlərinin avtomobillərinin daşınmasına başlanılıb (FOTO)

İqtisadiyyat Materials 11 İyul 2022 16:35 (UTC +04:00)
Bakı limanından dünya brendlərinin avtomobillərinin daşınmasına başlanılıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı logistika şirkətlərinə müasir xidmətlər və avtomobillərin avtomobil, dəmir yolu və dəniz nəqliyyatı ilə daşınması imkanlarını təklif edir.

Bu barədə Trend-ə Bakı limanının mətbuat xidmətindən məlumat verilib.

Hollandiyanın Cabooter Group şirkəti Bakı limanı və Port Bonded Services MMC ilə əməkdaşlıq edərək Mercedes Benz və BMW kimi məşhur brendlərin avtomobillərini Avropa bazarından Asiyadakı istehlakçılara Bakı limanı vasitəsilə çatdırmağa başlayıb.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) qlobal logistikada rolu artır və yeni inkişaf mərhələsinə qədəm qoyur. Bakı Limanı Asiya və Avropanı birləşdirən və regional əlaqəni yaxşılaşdıran mühüm multimodal logistika mərkəzinə çevrilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti