...

Azərbaycan nefti üç dollara yaxın bahalaşıb

İqtisadiyyat Materials 30 İyul 2022 09:44 (UTC +04:00)
Azərbaycan nefti üç dollara yaxın bahalaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 29-da 112,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,82 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 110,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,84 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 114,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti