Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanda bir sıra görüşlər keçirib.
Trend-in məlumatına görə, bu barədə nazir "Twitter" səhifəsində bildirib.
"Daşkənddə müasir tekstil klasterlərinin fəaliyyəti ilə tanış olduq, “Uztekstilprom” Assosiasiyasının sədri İlhom Haydarov və “Uzbekipaksanoat” Assosiasiyasının sədri Bahrom Şaripovla görüşdük.
Biznes qurumları arasında əlaqələrin genişlənməsinin ölkələrimizin iqtisadiyyatı üçün faydalarından danışdıq", - M.Cabbarov qeyd edib.