...

Azərbaycanın tranzit yükdaşınmasına məsul dövlət qurumlarının rəhbərləri Bakı Limanında olublar

İqtisadiyyat Materials 1 Avqust 2022 19:19 (UTC +04:00)
Azərbaycanın tranzit yükdaşınmasına məsul dövlət qurumlarının rəhbərləri Bakı Limanında olublar

Bakı. Trend:

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Gömrük Komitəsi sədrinin vəzifələrini icra edən, sədrin birinci müavini Şahin Bağırov, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev və onların rəhbərlik etdiyi qurumların səlahiyyətli şəxsləri Bakı Limanına səfər edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində iştirakçılar Bakı Limanında yükaşırma və tranzit yüklərin operativ daşınması proseslərini yaxından izləyiblər.

Daha sonra Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən multimodal logistik əməliyyatların və yükaşırma proseslərinin sürətləndirilməsi üçün aparılan fəaliyyətlər və perspektivlər barəsində müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti