...

Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - Hesabat

İqtisadiyyat Materials 12 Avqust 2022 20:39 (UTC +04:00)
Büdcə gəlirləri 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib - Hesabat

Bakı. Trend:

Hesabat dövründə dövlət büdcəsi gəlirləri proqnozla müqayisədə 3 ay artıqlaması ilə, 3 ay üzrə isə proqnozdan az icra edilib.

Trend-in məlumatına görə, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da bildirilir.

Qeyd edilir ki, 2022-ci ilin ilk yarımilində icranın proqnozu ən çox üstələdiyi göstərici aprel ayında müşahidə edilib. Belə ki, aprel ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 3678,0 mln. manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1088,4 mln. manat və yaxud 42,0% çox olmaqla hesabat dövrü üzrə icra edilmiş cəmi büdcə gəlirlərinin 25,9%-nə bərabərdir.

Aprel ayı üzrə proqnozla müqayisədə ən çox icra mütləq ifadədə Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların payına düşür. Aprel ayında Dövlət Vergi Xidməti xətti ilə daxilolmalar proqnozla müqayisədə 2,1 dəfə çox olmaqla 2233,2 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti