...

Türkiyədən Azərbaycana ixrac edilən avtomobillərin həcmi 90 milyon dolları ötüb

İqtisadiyyat Materials 15 Avqust 2022 09:30 (UTC +04:00)
Türkiyədən Azərbaycana ixrac edilən avtomobillərin həcmi 90 milyon dolları ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana avtomobil ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,08 dəfə artıraraq 96,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Azərbaycana avtomobil ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 6,8 faiz azaldaraq 5,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 17,3 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 2 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 30,3 milyard dollar məbləğində avtomobil ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti