...

OPEC+ neft hasilatını azaltmağı qərara alıb

İqtisadiyyat Materials 5 Sentyabr 2022 16:42 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

OPEC+ ölkələri oktyabr ayında neft hasilatı həcmini 100 min barel/sutka azaltmaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bu barədə qərar OPEC+ monitorinq komitəsinin bugünkü iclasında verilib.

Avqustda keçirilmiş əvvəlki görüşdə hasilatın 100 min barel/sutka artırmaq qərarı verilmişdi.

Bugünkü iclasdan əvvəl hasilat həcminin dəyişməz saxlanılacağı gözlənilirdi.

Xatırladaq ki, OPEC+ ölkələri 2021-ci ilin avqustundan etibarən aylıq neft hasilatını 400 min barel/sutka artırmaq qərarına gəlmişdi.

Bu ilin mart ayında keçirilən iclasda isə may ayından etibarən hasilatın 432 min barel/sutka artırılması qərara alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti