...

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

İqtisadiyyat Materials 14 Sentyabr 2022 18:59 (UTC +04:00)
Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti