...

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

İqtisadiyyat Materials 15 Sentyabr 2022 18:38 (UTC +04:00)
Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Bakı. Trend:

2023-cü il üçün dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 4324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat və ya 3,1f aiz artımla 33300,0 milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur.

2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7 milyon manat və ya 17,0 faiz az olmaqla 2579,3 milyon manat (ÜDM-dəxüsusi çəkisi 2022-ci illə müqayisədə 0,3 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti