...

Əmək müqavilələrinin sayında 31,2 faiz artım olub - Əli Əhmədov (FOTO)

İqtisadiyyat Materials 28 Oktyabr 2022 15:02 (UTC +04:00)
Əmək müqavilələrinin sayında 31,2 faiz artım olub - Əli Əhmədov (FOTO)

Bakı. Trend:

2017-ci ildən bu günə qədər əmək müqaviləsi bildirişlərinin sayında 400 minə yaxın və ya 31,2 faiz artım olub.

Trend-in məlumatına görə, bunu Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bu gün müşavirədə çıxışı zamanı deyib.

Komissiya sədri bildirib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 400 minə yaxın və ya 31,2 faiz artım olub. Həmin dövrdə qeydiyyatda olan fiziki şəxs fərdi sahibkarların sayı 58 faiz, hüquqi şəxslərin sayı isə 60 faiz artıb.

Bu sahədə nailiyyətlərin davamlılığını təmin etmək üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin də fəaliyyətinin təkmilləşdirilməsi qarşıda əsas vəzifələrdən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti