...

Ağdam Sənaye Parkında daha dörd müəssisə işə başlayıb (FOTO)

İqtisadiyyat Materials 2 Noyabr 2022 11:10 (UTC +04:00)

Bakı. Trend:

Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bununla da Ağdam Sənaye Parkında rezidentlərin sayı 11-ə çatıb.

"Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq", - M.Cabbarov yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti