...

Gələn il İpoteka və Kredit Zəmanət Fonduna 87,7 milyon manat vəsait ayrılacaq

İqtisadiyyat Materials 3 Noyabr 2022 11:23 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsindən əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna 87,7 milyon manat vəsait ayrılacaq.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Bununla yanaşı sagibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə 12,3 milyon manat. Beləliklə ümumulikdə İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat ayrılması nəzərdə tutulur.

Ümumilikdə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti