...

KOBİA bu günədək maliyyə və bank sektoru ilə bağlı 18 layihə həyata keçirib - Orxan Məmmədov

İqtisadiyyat Materials 24 Noyabr 2022 10:50 (UTC +04:00)
KOBİA bu günədək maliyyə və bank sektoru ilə bağlı 18 layihə həyata keçirib - Orxan Məmmədov

Bakı. Trend:

Maliyyə və bank sektoru ilə bağlı aidiyyəti qurumların da iştirakı ilə KOBİA tərəfindən təkcə 2022-ci ildə sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil edilib.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Vl Beynəlxalq Bankçılıq Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Bildiyiniz kimi, qlobal çağırışlar fonunda gələcək inkişafın yüksək templərini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmiş və bu prioritetlərə söykənən “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” qəbul olunmuşdur.

Əlavə olaraq, maliyyə və bank sektoru ilə bağlı aidiyyəti qurumların da iştirakı ilə KOBİA tərəfindən təkcə 2022-ci ildə sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil edilmişdir ki, bu tədbirlərdə onları maraqlandıran suallar cavablandırılmış, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınmış, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilmişdir. Eyni zamanda keçirilmiş görüşlərin nəticələri əsasında mövcud sektorun problemləri dövri olaraq aidiyyəti qurumlara təqdim edilmişdir", - O.Məmmədov qeyd edib.

KOBİA sədri bildirib ki, agentlik ayrı-ayrı banklarla da birgə böyük layihələr icra edib və bu gün də belə layihələri davam etdirməkdədirlər:

"Belə layihələrdən biri KOBİA və Rabitəbankın birgə həyata keçirdiyi “Biznesdə Qadınların Gücü” adlı layihəmizdir. Bu layihəni həyata keçirməkdə məqsədimiz qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir.

Hörmətli tədbir iştirakçıları, inanıram ki, bu gün burada səsləndirilən fikirlər və təkliflər ölkəmizin bank sektorunun və o cümlədən bu sektordan yararlanan digər sahələrin inkişafına öz faydasını verəcək, bütün maraqlı tərəflərin fəaliyyətinə müsbət təsirini göstərəcəkdir", - agentlik sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti