...

İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır - Nazir

İqtisadiyyat Materials 25 Noyabr 2022 12:33 (UTC +04:00)
İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır - Nazir

Bakı. Trend:

İcbari tibbi sığortaya yeni xəstəliklərin əlavə edilməsinə müvafiq qurumlar baxmalıdır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında büdcə müzakirələri zaman deyib.

Nazir bildirib ki, icbari tibbi sığorta çərçivəsində qarşılanan xəstəliklərə yenilərinin əlavə edilməsinə ilk növbədə aidiyyəti qurumlarda baxılmalıdır.

Nazir bildirib ki, hazırda büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzərində iş aparılır, Büdcə Məcəlləsi hazırlanır:

“Büdcədənkənar fondların xərclərinin dövlət büdcəsində daha ətraflı əks etdirməsi üçün növbəti illər addımların atılması nəzərdə tutulur”.

Qeyd edək ki, büdcə müzakirələri zamanı deputatlar ankoloji və digər xəstəliklərin də icbari tibbi sığorta paketinə daxil edilməsini təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti