...

İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün ən yaxşı seçimdir - İv Leterm

İqtisadiyyat Materials 1 Dekabr 2022 14:31 (UTC +04:00)
İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün ən yaxşı seçimdir - İv Leterm
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı, Trend:

İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün ən yaxşı seçimdir.

Trend-in məlumatına görə, bunu Belçikanın keçmiş Baş naziri İv Leterm Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) "KOB-ların səlahiyyətlərinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl inkişaf" mövzusunda keçirilən 18-ci illik toplantısının açılış mərasimində çıxışı zamanı deyib.

"Azərbaycan və bütövlükdə ölkə rəhbərliyinin siyasəti iqtisadi sabitliyin simvoludur", - İ.Leterm bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası, iqlim dəyişikliyi və digər qlobal böhranlar zamanı iqtisadiyyatın davamlılığı üçün kiçik və orta sahibkarlığın (KOS) inkişafının tam potensialına nail olmaq həmişəkindən daha vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti