...

Naxçıvanda yeni Gömrük Baş İdarəsinə ayrılan vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 5 Dekabr 2022 11:36 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının ləğv olunmuş Gömrük Komitəsinin bazasında yaradılmış Gömrük Baş İdarəsinin saxlanmasına 20,1 mln manat ayrılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bidirib ki, avtomobil yolları məqsədli büdcə fondunun xərclərindən 0,5 mln manat, Naxçıvanın xərclərindən 20,6 mln manat vəsaitin azaldılaraq Dövlət Gömrük Komitəsinin xərclərində proqnozlaşdırılması zərurəti yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti