Bakı. Trend:
Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma qaydası müəyyən edilir.
Trend-in məlumatına görə, bu marədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.
Dəyişikiyə əsasən, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.