...

Türkiyə və Azərbaycan tikinti sektoruna dair anlaşma memorandumu imzalayıblar (FOTO)

İqtisadiyyat Materials 22 Dekabr 2022 13:34 (UTC +04:00)
Türkiyə və Azərbaycan tikinti sektoruna dair anlaşma memorandumu imzalayıblar (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə ilə Azərbaycan arasında tikinti sektorunu gücləndirmək məqsədilə İnşaatda Normativ və Vahid Qiymətləndirmə Sisteminin Təkmilləşdirilməsi Sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Trend-in məlumatına görə, memorandum Türkiyə Şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında imzalanıb.

İmzalayanan müqaviləninhəm tikinti materialları, həm də podrat sənayesinə xidmət edəcəyini vurğulayan M.Kurum, bununla iki ölkə arasında yeni əməkdaşlıq sahələri açılacağını qeyd edib.

Kəmaləddin Heydərov isə iki ölkə arasındakı münasibətlərə diqqət çəkərək, razılaşmadan məmnun olduğunu dilə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti