...

Karabiga limanının qəbul etdiyi yükün həcmi açıqlanıb

İqtisadiyyat Materials 22 Dekabr 2022 17:36 (UTC +04:00)
Karabiga limanının qəbul etdiyi yükün həcmi açıqlanıb

Bakı. Trend:

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Çanakkale şəhərində yerləşən Karabiga limanı 11 milyon 347 min 154 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Karabiga limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 333 min 101 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 11 milyon 14 min 53 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Karabiga limanından 401 min 375 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.

Xəbər lenti

Xəbər lenti