...

Dövlət dəstəyi çərçivəsində Binəqədidə kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayıb (FOTO)

İqtisadiyyat Materials 27 Dekabr 2022 16:08 (UTC +04:00)

Bakı. Trend:

Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün yarmarka fəaliyyətə başlayıb.

Trend xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış yarmarka Binəqədi rayonu ərazisində (Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində) yerləşir.

Yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Yarmarka hər gün fəaliyyət göstərəcək.

Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar yarmarkada iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti