Bakı. Trend:
2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 184 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 121 ölkəyə məhsul ixrac olunub, 172 ölkədən idxal olunub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 51229,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 38347,7 milyon dollarını və ya 74,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 12881,5 milyon dollarını (25,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 25466,2 milyon dollar məbləğində müsbət saldo yaranıb.