...

Ötən il büdcənin icrasında ÜDM-in bir faizi qədər kəsir yaranıb

İqtisadiyyat Materials 19 Yanvar 2023 05:36 (UTC +04:00)
Ötən il büdcənin icrasında ÜDM-in bir faizi qədər kəsir yaranıb

Bakı. Trend:

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 30 milyard 660,6 milyon manat, xərcləri 32 milyard 008,3 milyon manat təşkil edib, büdcənin icrasında 1 milyard 347,7 milyon manatlıq və ya ümumi daxili məhsulun (ÜDM) 1 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 29 milyard 091,7 milyon manat, xərcləri isə 25 milyard 975,5 milyon manat təşkil edib. Daxilolmaların 28,7 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 22 faizi əlavə dəyər vergisi, 5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,5 faizi fiziki şəxslərin gəlir vergisi, 4,1 faizi aksizlər, 1 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 32,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 21,1 faizi iqtisadi fəaliyyətin, 17,2 faizi təhsil və səhiyyənin, 15,2 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 13,4 faizi ümumi dövlət xidmətlərinin, 12,1 faizi sosial müdafiə və sosial təminatın, 21 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti