...

KOBİA-ya Qarabağda biznes fəaliyyəti üzrə 1300-dən çox müraciət daxil olub – Orxan Məmmədov

İqtisadiyyat Materials 19 Yanvar 2023 14:14 (UTC +04:00)
KOBİA-ya Qarabağda biznes fəaliyyəti üzrə 1300-dən çox müraciət daxil olub – Orxan Məmmədov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin əvvəllərində Kiçik və Orta Biznesin İnkişaf Agentliyinə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində biznes qurmaq istəyən 1 339 min sahibkardan müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müraciətlərin 873-ü yerli investorlar tərəfindən, 466-sı isə 37 xarici ölkədən olan investorlar tərəfindən daxil olub.

“Xarici investorların müraciətlərinin arasında əsasən Türkiyə, Qazaxıstan, Macarıstan və Rusiyadan olan müraciətlər üstünlük təşkil edir. Bundan başqa, investisiya layihələri üzrə müraciətlərin 36 faizi ticarət və xidmət sektorunun, 27 faizi sənaye sektorunun, 26 faizi aqrar sektorun, 11 faizi isə inşaat, turizm, səhiyyə, təhsil və mədəniyyət sektorunun payına düşür”,- o deyib.

O.Məmmədov həmçinin, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində dövlət-özəl sektorun tərəfdaşlığı əsasında kiçik və orta biznesin inkişafı subyektlərinə xidmət göstərən sahibkarlığa dəstək mərkəzinin açıldığını xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti