...

Mərkəzi Bankın bugünkü hərracında valyuta satılmayıb

İqtisadiyyat Materials 24 Yanvar 2023 14:55 (UTC +04:00)
Mərkəzi Bankın bugünkü hərracında valyuta satılmayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bank (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə növbəti valyuta hərracı keçirib.

Trend-in Mərkəzi Banka istinadən məlumatına görə, hərracda banklar tərəfindən sifariş təqdim edilməyib.

Xatırladaq ki, əvvəlki hərrac zamanı (19 yanvar 2023-cü il) tələbat 1,5 milyon dollar təşkil edib və tam qarşılanıb.

Hərracın nəticələrinə əsasən, orta çəkili məzənnə 1,7 AZN/1 USD manat təşkil edib.

Qeyd edək ki, AMB valyutanın rəqabət şəraitində birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə 2017-ci il yanvarın ortalarından başlayıb. Hərraclar valyutanın rəqabət şəraitində birtərəfli satışı formasında keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti