Bakı. Trend:
Türkiyə və Oman bazar ertəsi Türkiyə tərəfinə 10 il müddətinə illik 1,4 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü haqqında saziş imzalayıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz özünün "Twitter" səhifəsində yazıb.
"Energetika diplomatiyası öz bəhrəsini verməyə başlayıb. Omanla ərzində ildə 1,4 milyard kubmetr LNG alınmasına dair 10 illik müqavilə imzalanıb", - deyə nazir bildirib.
O əlavə edib ki, Türkiyənin məqsədi ölkəni beynəlxalq qaz mərkəzinə çevirməkdir.