...

Əhalinin fiziki aktivliyinin artması Aİ ölkələrinə ildə 8 milyard avroya qənaət imkanı verə bilər

İqtisadiyyat Materials 17 Fevral 2023 19:34 (UTC +04:00)

Bakı. Trend:

İnsanların fiziki aktivliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi səviyyəyədək artırması Avropa İttifaqı (Aİ) ölkələrində 2050-ci ilədək 11,5 milyon yeni qeyri-infeksion xəstəlik hallarının (QİX) qarşısını almağa və ildə 8 milyard avro qənaət etməyə imkan verəcək. Buraya, həmçinin, 3,8 milyon ürək-damar xəstəlikləri, 3,5 milyon depressiya halları, təqribən 1 milyon ikinci tip diabet və 400 mindən çox müxtəlif növ onkoloji xəstəliklər daxildir.

Trend-in məlumatına görə, bu barədə ÜST və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bu gün dərc edilmiş hesabatında deyilir.

"Hesabatımız fiziki fəaliyyətin təşviqi siyasətinin uğurlu olduğundan xəbər verir: o, xoşbəxt və sağlam həyata səbəb olmaqla yanaşı, səhiyyə sisteminin və cəmiyyətin xərclərini azaldır. Aİ ölkələri insanların fiziki aktivlik səviyyəsinin artması və QİX yükünün azalması sayəsində ildə təqribən 8 milyard avro qənaət edə bilər", - hesabatın yekunlarını şərh edən OECD-in baş katibinin müavini Ulrik Vesterqord Knudsen deyib və ildə 8 milyard avronun Litva və Lüksemburqun toplam illik səhiyyə xərclərindən çox olduğunu bildirib.

Son sorğulara görə, Aİ-nin hər üçüncü sakininin fiziki aktivlik səviyyəsi lazımi səviyyədə deyil, 45% insan isə heç vaxt məşq etmədiyini və idmanla məşğul olmadığını deyir. ÜST həftə ərzində ən azı 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyət tövsiyə edir.

"Hesabata görə, fiziki aktivliyi təşviq edən siyasətə investisiyalar təkcə şəxsi rifahı və əhalinin sağlamlığını yaxşılaşdırmır, həm də iqtisadi qazanc gətirir", - ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Klyuge qeyd edib. "Fiziki fəaliyyətə qoyulan hər bir avro təqribən ikiqat - 1,7 avro - iqtisadi qazanc gətirir. Aktiv fəaliyyətin üstünlüklərini təbliğ etməliyik, üstəlik söhbət təkcə fiziki üstünlüklərdən deyil, həm də psixi sağlamlıq, ətraf mühit və ÜST-ün Avropa regionunda cəmiyyət üçün faydalarından gedir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti