Bakı. Trend:
Azərbaycan və Özbəkistan birgə investisiya fondunun yaradılması haqqında Saziş imzalayacaq.
Trend bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bu məsələ Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistana səfəri zamanı nazirlə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev arasında müzakirə olunub.
Tərəflər görüş zamanı, həmçinin, avtomobil sənayesi, tekstil sahəsi, ipəkçilik üzrə birgə layihələrin uğurla reallaşdırıldığını vurğulayıblar.
"Neft-qaz sektorunda, nəqliyyat və logistika sahəsində perspektiv layihələrin hazırlığı davam edir. İki ölkə arasında, o cümlədən, həyata keçirilməkdə olan lokalizasiya proqramı çərçivəsində praktiki əməkdaşlıq portfelinin daha da artırılmasının əhəmiyyəti vurğulanıb", - məlumatda deyilir.