Bakı. Trend:
Azərbaycanda bu gündən beynəlxalq yük daşımalarına icazələrin verilməsi başlayacaq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov avtomobil yükdaşıma şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, gözlənilən sertifikatlar hazır olduqca və müraciətlər daxil olduqca veriləcək.