...

Azərbaycanda nə qədər avtomobil sığortalanıb?

İqtisadiyyat Materials 6 Mart 2023 11:35 (UTC +04:00)
Azərbaycanda nə qədər avtomobil sığortalanıb?
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu vaxta qədər neçə avtomobilin icbari sığorta edildiyi məlum olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq İcbari Sığorta Bürosundan bildiriblər ki, hazırda Azərbaycanda 1 301 625 avtonəqliyyat vasitəsi icbari qaydada sığortalanıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, ötən ilin 11 ayında icbari avtosığorta üzrə sığorta şirkətləri ümumilikdə 102,2 milyon manat sığortahaqqı toplayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti