...

Baş nazir Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb

İqtisadiyyat Materials 29 Mart 2023 14:38 (UTC +04:00)
Baş nazir Əli Əsədov Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil ilə görüşüb

Bakı. Trend:

Martın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Prezidenti yanında Sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin hərtərəfli inkişaf etməsi qeyd olunub.

Azərbaycanda əlverişli investisiya mühitinin mövcud olması müsbət qiymətləndirilib, Rusiya biznesinin ölkəmizdə geniş təmsil olmasından məmnunluq bildirilib.

Tərəflər iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinin və qarşılıqlı işgüzar missiyaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin, ticari-iqtisadi, investisiya və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti