...

Yaxın perspektivdə elektrik enerjisi qiymətlərinin sərbəstləşdirilməsi nəzərdə tutulmur - Nazir

İqtisadiyyat Materials 7 Aprel 2023 16:34 (UTC +04:00)
Yaxın perspektivdə elektrik enerjisi qiymətlərinin sərbəstləşdirilməsi nəzərdə tutulmur - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın perspektivdə elektrik enerjisi qiymətlərinin sərbəstləşdirilməsi nəzərdə tutulmur.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib: "Qanun layihəsinin müzakirəsi zamanı deputaların daha çox elektrik enerjisi tarifləri ilə bağlı sual verdiklərini nəzərə alaraq bildirmək istərdim ki, qanunun qəbulu qiymətlərin artması anlamına gəlməməlidir. Yaxın perspektivdə qiymətlərin sərbəstləşdirilməsi ümumiyyətlə nəzərdə tutulmur, tariflər tənzimlənəcək. Bazar modeli tam fəaliyyətə başaldıqdan sonra ötürmə və paylama dövlət inhisarında qaldığı üçün o da tənmizlənəcək. Rəqabət mühiti ilə bazarda ucuz qiymət təklif edən istehsalçıların üstün mövqedə olması isə topdansatış qiymətlərinin pərakəndə satış qiymətlərinin artımına imkan verməyəcək”, - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti