Bakı. Trend:
Azərbaycan-İsrail Biznes Forumu keçirilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib.
Nazir Forumda Azərbaycanın investisiya mühiti barədə məlumat verdiyini diqqətə çatdırıbb:
"İki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması barədə faydalı müzakirələr aparıldı”.