Bakı. Trend:
Hesablama Palatasının təklifləri əsasında gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi dayandırılıb.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilir.
Hesablama Palatasının 2022-ci il fəaliyyət hesabatında prosedur xarakterli təkliflər barədə məlumat verilib.
Hesablama Palatasının təklifinə əsasən, Dövlət Gömrük Komitəsinin və tabeliyindəki gömrük orqanlarının yığım səlahiyyətində olan gömrük yığımlarına əlavə dəyər vergisinin tətbiqi 2023-cü il 1 yanvar tarixindən dayandırılıb.